12 gündür davam edən Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasının neçə gün davam edəcəyi məlum deyil.
Bunu hazırda aksiyada iştirak edən tanınmış jurnalist Rey Kərimoğlu Qaziler.az-a bildirib.
"Etiraz aksiyasının nə vaxt bitəcəyi ilə bağlı hələlik məlumat yoxdur. Amma deyə bilərəm ki, ciddi nəticələr var. Nəticənin biri budur ki, indi o yoldan İrandan və Ermənistandan Qarabağa qanunsuz keçmək istəyənlərə imkan verilmir. O yol indi ictimai nəzarət altındadır", - deyə jurnalist bildirib.
QAZİLER.AZ