Ərazidə gərginlik azalıb - Rey Kərimoğlu aksiyadan xəbər verir

Ərazidə gərginlik azalıb -  Rey Kərimoğlu aksiyadan xəbər verir backend

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir.

Azərbaycanda Minadan Zərər Çəkənlər Assosasiyasının sədri Rey Kərimoğlu Qaziler.az - a bildirib ki, bir qrup minadan zərər çəkənlə birlikdə yenidən aksiyaya qoşulub.

" Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevin rəhbərliyi ilə bura gəlmişik. Aksiya əvvəlki şüarlarla davam edir. "Ekoloji terrora yox!", "Mina terroruna yox!" və s. şüarlarla davam edir. Aksiyada əvvəlki günlərə nisbətən gərginlik azalıb. Burada xüsusən gənclər aktivlik göstərir. Onu da qeyd edim ki, aksiya başlayandan bu yoldan artıq İran terrorçuları, İran xüsusi xidmət orqanlarının nümayəndələri keçə bilmirlər. Yəni ictimai nəzarət tam bərpa olunub. Ərazidə xüsusən gənclər çoxluq təşkil edir. Müxtəlif televiziya kanalları canlı yayım edirlər. Sülhməramlı kontingentin ərzaq təminatı, humanitar yardımlar üçün yol açıqdır. Qeyd edim ki, artıq üç gündür sülhməramlılar "barrikadalar"ı götürüblər. Bəzilərinin dediyi kimi, yol heç də aksiyaçılar tərəfindən bağlı deyil. Yolu ruslar kəsmişdi. Azərbaycan ekoloqlarını və onlara dəstək olan qeyri-hökumət təşkilatı nümayəndələrini Xankəndi istiqamətinə buraxmırdılar. Ona görə də burada gərginlik yaranmışdı. Artıq sülhməramlılar öz texnikalarını kənara çəkiblər. Yalnız şlaqbaum var və bizim qeyri-hökumət təşkilatlarının nümayəndələri və gənclər ərazidə dayanaraq etirazlarına davam edirlər"- R.Kərimoğlu söyləyib.

QAZİLER.AZ

Diaspora