"Sülhməramlılar zəhmət çəksinlər, azərbaycanlı köçkünləri ora daşısınlar" - Azər Həsrət

"Sülhməramlılar zəhmət çəksinlər, azərbaycanlı köçkünləri ora daşısınlar" - Azər Həsrət backend

"Dünən Xankəndi, Xocalı, başqa şəhər və kəndlərdən olan Qarabağlı məcburi köçkünlərin də öz evlərinə qayıtması zərurəti haqqında yazmışdıq. Ermənilərin bu qədər hay-küy saldığı bir vaxtda biz də dünyaya göstərməliyik ki, Qarabağın rus sülhməramlıların müvəqqəti nəzarətində olan kəsimində yalnız ermənilərin deyil, azərbaycanlıların da yaşamaq haqqı var".

Qaziler.az xəbər verir ki, bu fikirləri Əməkdar jurnalist Azər Həsrət səsləndirib. O, bildirib ki, təkcə Xankəndindən olan soydaşlarımızın sayı ən azı 20 mindir və bu heç də kiçik rəqəm deyil:

"Necə ki, ruslar 10 noyabr 2020-ci ildə Qarabağa yerləşən kimi avtobuslarla Ermənistandan yalan-doğru adamları Xankəndiyə daşıma görüntüsü yaratmışdı, indi də zəhmət çəksinlər, azərbaycanlı köçkünləri ora daşısınlar. Bu dəfə yalandan deyil, doğrudan özü də. Çünki Xankəndi və digər şəhər və kəndlərin azərbaycanlı əhalisi 30 il sonra da olsa öz evlərinə dönmək hüququnu özündə saxlayır. Haydı, görək bu pisməramlı urusları..."

QAZİLER.AZ

Diaspora