Sülhməramlıların mövqeyindəki dəyişikliklər hansı təxribata hesablanıb?

 Sülhməramlıların mövqeyindəki dəyişikliklər  hansı təxribata hesablanıb? backend

Xankəndi yolunda keçirilən aksiyada sülhməramlıların mövqeyində dəyişikliklər müşahidə edilir: ilk gündən etirazçılarla üzbəüz dayanan sülhməramlılar indi aksiyanın keçirildiyi ərazidən təxminən 30 metrə qədər uzaqlaşıb;

Belə bir addımı niyə atdıqları anlaşılmır. Və burada aksiyanın qarşısını ala bilməyən Rusiyanın mümkün təxribatına hesablandığı versiyası ön plana çıxır.

Bundan öncə də qeyd etmişdik: sülhməramlılar aksiyaya birbaşa müdaxilə edə bilməzlər, lakin Qarabağda xüsusi hazırlanmış “mülki erməni” qruplarının əraziyə gəlməsi və mümkün qarşıdurmanın yaranması halında “etnik toqquşma” bəhanəsi ilə hərəkətə keçəcəklər;

Mümkündür ki, aksiya ərazisi ilə öz mövqeləri arasında yaratdıqları “neytral zona”ya təxribatçı erməni qruplarının girişinə şərait yarada, azərbaycanlı-erməni toqquşmasını hazırlaya və müdaxilə üçün əsas əldə edə bilərlər.

Sülhməramlıların “geri çəkilməsi”nin səbəblərindən biri də “yolu azərbaycanlılar bağlayıb” görüntüsünün yaradılmasına hesablana bilər.

Asif Nərimanlı / Politoloq

QAZİLER.AZ

 

Diaspora