Şuşa, Kəlbəcər və Laçının hava şəraiti

Şuşa, Kəlbəcər və Laçının  hava şəraiti backend

Şuşa, Kəlbəcər və Laçının hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, dekabrın 18-19-da hava şəraitinin yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir.

Havanın temperaturu gecə 3-6 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, axşam 2 dərəcəyə yaxın şaxta olacaq.

Dekabrın 18-də hava şəraitinin yağmursuz keçəcəyi, səhər və axşam arabir duman olacağı gözlənilir. Qərb küləyinin sürəti 3-8 m/s olacaq. Havanın temperaturu gecə 3-6 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.

Dekabrın 19-da hava şəraitinin yağmursuz keçəcəyi, arabir duman olacağı, axşam havanın tutulacağı gözlənilir. Qərb küləyinin sürəti 3-8 m/s olacaq. Havanın temperaturu gecə 3-6 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, axşam 2 dərəcəyə yaxın şaxta təşkil edəcək.

loading...
Diaspora