Şuşa-Xankəndi yolunda qurulan çadrlar niyə sökülür?

Şuşa-Xankəndi yolunda qurulan  çadrlar niyə sökülür? backend

Ermənistan mediası azərbaycanlı aksiyaçıların Xankəndi yolundan çadırları daşıdığı haqda məlumatlar yayır: informasiyanın “təsəlli” xarakteri daşıdığı bəllidir, Ruben Vardanyanın “qaz haqda qələbə” çıxışı və “bu gün yol açıla bilər” açıqlamasından sonra belə məlumatların tirajlanması Qarabağdakı erməni əhalinin sakitləşdirilməsinə hesablanıb;

Qaziler.az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı paylaşım edib. O bildirib ki, aksiya yerində quraşdırılan çadrlar yeniləri ilə əvəzlənir. Buna səbəb havanın soyuq olmasıdır.

"Halbuki, aksiya yerinə daha böyük çadırlar aparılır. Son məlumatlara görə, kiçik çadırlar yağış və qarlı havada iştirakçılar üçün daha səmərəli olan çadırlarla dəyişdirilir. Yəni Xankəndi müqaviməti daha uzunmüddətli olacaq".

QAZİLER.AZ

Diaspora