Hərbçilərimiz ona görə hərdən minaya düşür ki... - Ekspert açıqladı

Hərbçilərimiz ona görə hərdən minaya düşür ki... -  Ekspert açıqladı backend

"Hərbçilərimiz ona görə hərdən minaya düşür ki, minaları hərbçilər təmizləyirlər"

Qaziler.az bildirir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyir.

"Azərbaycanın müharibədə və əvvəlki döyüşlərdə iştirak etməyən audiotoriyasında trenddə olan suallardan biri budur:

"Necə olur ki, hərbçi minaya düşür, qoyun sürüsü düşmür?"

Mina təmizləmə dünyada ən təhlükəli peşədir. Həyatında cəmi 1 dəfə səhv edə bilirsən, o da ən yaxşı halda xəsarətlə bitir. Bax, hərbçilərimiz ona görə hərdən minaya düşür ki, minaları hərbçilər təmizləyirlər və bu çox təhlükəli prosesdir, hər an istehkamçı ölümlə üz-üzə dayanır. Kiçik bir səhv həyatı bitirə bilir. Heyvanlar isə minalardan təmizlənmiş ərazilərdə yerləşdirildiyinə görə minaya düşmürlər. Bunu anlamaq çətin deyil və bilirəm ki, bunu çoxları bilir, sadəcə az sayda Vətənə və millətə faydası dəyməyənlər Qələbəmizi kiçiltmək üçün hər gün bir mövzu axtarırıar. Bu statusu nəzərə almağınızı və gələcəkdə bu mövzuda sual yazmamağınızı xahiş edirəm. Qalib xalq olmağı bacarmalıyıq, onun statusuna uyğun davranmalıyıq. Özümüzü də erməni ilə deyil, daha sivil xalqlarla müqayisə etməliyik", - deyə hərbi ekspert bildirib.

QAZİLER.AZ

loading...
Diaspora