Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin diaspor qurumlarının rəhbərlərinin iştirakı ilə beynəlxalq forum keçiriləcək.
Apa xəbər verir ki, bu barədə TDT məlumat yayıb.
Bildirilib ki, beynəlxalq forum 20 dekabr tarixində Bakıda keçiriləcək.
Eyni zamanda, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin diaspor qurumlarının rəhbərləri 21 dekabrda Şuşaya səfər edəcəklər. Onlar şəhərdə aparılan bərpa və quruculuq işləri ilə yerində tanış olacaqlar.