"O yerlərə sülhməramlılarla yanaşı Azərbaycanın dövlət qurumları da nəzarət etməlidir" - Hərbi ekspert

"O yerlərə sülhməramlılarla yanaşı Azərbaycanın dövlət qurumları da nəzarət etməlidir" - Hərbi ekspert backend

Qarabağda faydalı yataqların qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları bir neçə yeni tələb irəli sürüb.

Qaziler.az-ın xəbərinə görə, hərbi ekspert Ədalət Verdiyev bildirir ki, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında Azərbaycanın bütün dövlət strukturlarının, o cümlədən Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin nəzarəti bərpa edilsin

"Etirazçılar yeni tələblər irəli sürüblər:

Qarabağ ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının nəzarətində olan yerlərə sülhməramlılarla yanaşı Azərbaycanın dövlət qurumları da nəzarət etməlidir.

Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında Azərbaycanın bütün dövlət strukturlarının, o cümlədən Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin nəzarəti bərpa edilsin.

Laçın istiqamətində Ermənistanla sərhəddə Azərbaycan Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin ayrıca postları yaradılsın. BƏYƏNİLSİN. DƏSTƏKLƏYİRƏM", -deyə hərbi ekspert qeyd edib..

QAZİLER.AZ

Diaspora