Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfərin minaya düşdüyü ərazidən görüntülər lentə alınıb.
"Report"un Kəlbəcərə ezam olunmuş əməkdaşının lenta aldığı görüntüləri təqdim edirik.
Qeyd edək ki, dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfərin minaya düşməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalar zamanı müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.
Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə şəhid olub.
Xatırladaq ki, bu gün Müdafiə Nazirliyinin təşkilatçılığı ilə bir qrup media nümayəndələri Kəlbəcər rayonunundakı mina partlayışlarının baş verdiyi əraziyə səfər edib.








