Şuşa-Xankəndi yolunda aksiya iştirakçıları üçün böyük monitorlar quraşdırıldı

Şuşa-Xankəndi yolunda aksiya iştirakçıları üçün böyük monitorlar quraşdırıldı backend

Şuşa-Xankəndi yolunda keçirilən aksiyanın iştirakçıları və Rusiya sülhməramlılarına Qətərdə keçirilən dünya çempionatının Fransa və Mərakeş yığmaları arasındakı yarımfinal oyununu izləməsi üçün şərait yaradılıb.

“Report”un aksiyanı işıqlandıran əməkdaşının verdiyi xəbərə görə, onlar ərazidə quraşdırılmış böyük monitor vasitəsilə yarımfinal oyununu izləyirlər.

Havanın soyuq olmasına baxmayaraq, hazırda aksiya iştirakçıları ərazidədir.

Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər yüksək səviyyədə təmin edirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

loading...
Diaspora