Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyasında Qaziler.az saytının baş redaktoru Rey Kərimoğlu çıxış edib.
Qaziler.az bildirir ki, Rey Kərimoğlu mina təhlükəsizliyi ilə bağlı çıxış edib. O, bildirib ki, Ermənilər 10 Noyabr üçtərəfli sazişdən sonra Azərbaycan ərazisində minalar basdırırlar. "Təkcə Laçın azad olunandan sonra orada 2021-ci il istehsalı olan 1000-ə yaxın mina aşkarlanıb. Sarıbaba ərazisində 350 mina aşkarlanıb. Azərbaycanda minalardan və partlamamış hərbi sursatlardan 3342 nəfər zərər çəkib. Onlardan 574 nəfəri həlak olub. Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli müqavilədən sonra - 10 noyabr 2020-ci ildən bu günə qədər 266 nəfər minaya düşüb. Onlardan 45 nəfər həlak olub" - deyə Rey Kərimoğlu çıxışında bildirib.
QAZİLER.AZ