Qaziler.az saytının baş redaktoru Şuşa-Xankəndi yolunda: "Etirazçıların sayı çoxalır" - FOTO

Qaziler.az saytının baş redaktoru Şuşa-Xankəndi yolunda: "Etirazçıların sayı çoxalır" - FOTO backend

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyası davam edir.

Aksiyada Qaziler.az-ın baş redaktoru Rey Kərimoğlu da iştirak edir. 

O, aksiya ilə bağlı Qaziler.az-a məlumat verərək bildirib ki, aksiya hazırda davam edir. "Etirazçıların sayı çoxalır. Onlar yolu bağlayıb. Rusiya sülhməramlı qüvvələrin Azərbaycanda yaşayan kontingentinin rəhbəri general Volkovun aksiyaçıların qarşısına çıxmasını tələb edirlər. Volkovun Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərində faydalı qazıntıları daşınıb aparılmasına görə cavab verməsi tələb olunur. Xalqımız buna etiraz edir. Rusiya sülhməramlı qüvvələri Azərbaycan ekoloqlarının faydalı qazıntı yataqlarında monitorinq aparmasına mane olur. Ona görə xalq bura yığışıb.

Hazırda aksiya davam edir. "Volkov, cavab ver!", "Ekoloji terrora son!", "Rusiya sülhməramlı qüvvələri mandatına görə fəaliyyət göstərsin", "Qarabağ Azərbaycandır!" və s. şüarlar səsləndirilib" -deyə R.Kərimoğlu bildirib.

QAZİLER.AZ

Diaspora