Rusiya “sülhməramlılar”ı media işçilərinin üzərinə avtomatla gəlir - VİDEO

Rusiya “sülhməramlılar”ı media işçilərinin üzərinə avtomatla gəlir -  VİDEO backend

Qarabağ iqtisadi rayonunun bəzi ərazilərində yerləşdirilmiş Rusiya sülhməramlılarının Azərbaycanın media nümayəndələrinə qarşı davranışları hiddət doğurub.

Sosial şəbəkələrdə paylaşılan videolardan da görünür ki, “Report” İnformasiya Agentliyinin avtomobilinə avtomat silahın qundağı ilə zərər vurur, əməkdaşı ilə kobud davranır. Üzərində media qurumuna məxsus olduğu açıq-aşkar bilinən avtomobilin ətrafına yığılmış avtomat və pulemyotçular sanki cinayətkarla davranır.

Əlbəttə, “Report”un avtomobili mülki avtomobildir, zirehli deyil, əməkdaşları da silahla gəzmir, mülki vətəndaşlardır. Lakin erməni separatçılarına qarşı münasibətdə özlərini humanitar təşkilatların nümayəndələri kimi aparan “sülhməramlılar” (hər halda onlar rəsmi şəkildə özlərini belə adlandırır) Azərbaycan media nümayəndələrinə qarşı yerli (yəni Azərbaycan) və beynəlxalq qanunları pozur. Bununla onlar həm də xislətlərini göstərirlər.

Əslində, Rusiya sülhməramlılarından peşəsindən asılı olmayaraq azərbaycanlılara qarşı normal münasibət gözləmək olmaz.

Əsas odur ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası, təxminən, bir sutkadır davam edir.

loading...
Diaspora