Təəssüf ki, Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə yataqlarımızın monitorinqinə şərait yaradılmayıb.
Apa xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
O bildirib ki, buna görə indi orda aktivistlər aksiya keçirir və etirazlarını bildirirlər.
“Əsas tələb yataqlarımızın istismarının dayandırılması, dəymiş zərərin qiymətləndirilməsinə şərait yaradılmasıdır”, - nazir müavini əlavə edib.