"Qarabağ qazileri" İctimai Birliyi Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşada keçirilən etiraz aksiyasını dəstəkləyir.
Bunu Qaziler.az-a birliyin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu bildirib:
"Bir qrup azərbaycanlı jurnalist və QHT nümayəndələri Şuşa-Laçın yolunda, sülhməramlıların post qurduğu yerdə aksiya keçrir.
Onlar Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz edirlər. Hazırda onlar ərazidə çadırlar qururlar. "Qarabağ qaziləri" və "Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası" İctimai Birlikləri olaraq aksiyanı tam şəkildə dəstəkləyirik! Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsini tələb edirik!".
QAZİLER.AZ