BŞ dövlət katibinin köməkçisi Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsini Ermənistanda da qaldıracağını bildirib.
“Təmas xətində son altı ayda baş verən gərginliklərdən narahatıq. Bizim Azərbaycana, eyni zamanda Ermənistana mesajımız odur ki, gərginlik dayandırılsın və bir masa arxasına gəlsinlər”.APA-nın xəbərinə görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland deyib.
“Minsk qrupu çərçivəsindəki prosesi dəstəkləməyinizi istəyirik”, - deyə Viktoriya Nuland vurğulayıb.
O, həmçinin bildirib ki, Ermənistan humanitar jest olaraq girovları qaytarmalıdır: “Sabah bunu Ermənistanda da deyəcəyəm”.
V. Nuland Azərbaycan prezidenti ilə görüşdə Dağlıq Qarabağla problemi ilə də bağlı müzakirələr apardıqlarını deyib.