Bu gün doğum günü olan ŞƏHİDLƏRİMİZ - FOTO

Bu gün doğum günü olan  ŞƏHİDLƏRİMİZ - FOTO backend

Noyabrın 25-də Vətən uğrunda canlarından keçən bir neçə şəhidin anadan olduğu gündür...

Bu gün qəhrəman şəhidimiz əsgər Elvin Ağayevin doğum günüdür.

Ağayev Elvin Valeh oğlu 25.11.1997-ci ildə Xaçmaz rayonunda anadan olub. Elvin Vətən müharibəsində igidlik və mərdlik göstərərək 29.10.2020-ci ildə Füzuli rayonu, Alxanlı kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”,”Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Bu gün qəhrəman Şəhidimiz kapitan Türkay Hüseynlinin doğum günüdür.

DQ-ın kapitanı Hüseynli Türkay Nizami oğlu 25.11.1990-cı ildə Bakı şəhərində anadan olub. Kapitan Türkay Hüsenli Vətən müharibəsində igidlik və mərdlik göstərərək 03.10.2020-ci ildə Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

Şəhidimiz subay idi.

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, 3-cü dərəcəli "Qüsursuz xidmətə görə", “Cəbrayılın azad olunmasına görə medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

 

Bu gün qəhrəman şəhidimiz leytenant Nurlan Zeynalovun doğum günüdür.

Zeynalov Nurlan Rəfail oğlu 25..11.1989-cu ildə Sabirabad şəhərində anadan olub. Leytenant Nurlan Zeynalov Vətən müharibəsində igidlik və mərdlik göstərərək 06.11.2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

Şəhidimiz ailəli idi. Nuray adlı qızı Vətənə əmanətdir.

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “İgidliy görə” “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Bu gün qəhrəman Şəhidimiz gizir Elnur Pirseyidovun doğum günüdür.

Elnur Nasir oğlu Pirseyidov 25.11.199-cü ildə Qusar rayonu, Avaran kəndində anadan olub. Elnur Vətən müharibəsində igidlik və mərdlik göstərərək 08.10.2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

Şəhidimiz ailəli idi.

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 

Bu gün qəhrəman şəhidimiz MAXE Orxan Osmanovun doğum günüdür.

Orxan Mənsur oğlu Osmanov 25.11.1999-cu ildə Xaçmaz rayonu, Murşudoba kəndində anadan olub. Orxan Vətən müharibəsində igidlik və mərdlik göstərərək 07.10.2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Bu gün qəhrəman şəhidimiz Kənan Səlimzadənin doğum günüdür.

Gizir Kənan Məmiş oğlu Səlimzadə 25.11.1997-ci ildə İsmayıllı rayonu, Qubaxəlilli kəndində anadan olub. Kənan Vətən müharibəsində igidlik və mərdlik göstərərək 04.10.2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Bu gün ailənin tək oğul övladı şəhidimiz əsgər Samir Quliyevin doğum günüdür.

Samir Məhərrəm oğlu Quliyev 25.11.2001-ci ildə Lənkəran rayonu, Velədi kəndində anadan olub. Samir Vətən müharibəsində igidlik və mərdlik göstərərək 27.09.2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Məkanınız cənnət olsun nurüzlü şəhidlər!

QAZİLER.AZ

 

Diaspora