Bu gün doğulan şəhidlərimiz - FOTO

Bu gün doğulan şəhidlərimiz - FOTO backend

Doğum günü noyabrın 23-də olan şəhidlərimiz...

Bu gün qəhrəman şəhidimiz gizir Rüfət Məmmədlinin doğum günüdür.

Gizir Məmmədli Rüfət Vidadi oğlu 23.11.1993-cü ildə Ağstafa rayonu, Saloğlu qəsəbəsində anadan olub. Rüfət Vətən müharibəsində igidlik və mərdlik göstərərək 07.11.2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

Şəhidimiz ailəli idi. Çimnaz və Vidadi adlı övladları Vətənə əmanətdir.

Gizir Rüfət Məmmədli Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə" və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

 

Şəhid MAXE Alməmməd Babayevin də doğum günüdür.

Alməmməd Qərib oğlu Babayev  23.11.2000-ci ildə Salyan rayonu, Sarvan kəndində anadan olub. Alməmməd Vətən müharibəsində igidlik və mərdlik göstərərək 29.09.2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Bu gün qəhrəman şəhidimiz əsgər Vüqar İsmayılovun doğum günüdür.

Vüqar Məhəmməd oğlu İsmayılov 23.11.1998-ci ildə Sumqayıt şəhərində anadan olub. 2004-2015-ci illərdə Sumqayıt şəhər 28 saylı tam orta məktəbdə, 2016-2020-ci illərdə isə Bakı Avrasiya Universitetinin Regionşünaslıq və iqtisadiyyat fakültəsinin Regionşünaslıq (ABŞ və Kanada) ixtisasında təhsil almışdır.

2020-ci il iyulun 28-i həqiqi hərbi xidmətə çağrılan Vüqar İsmayılov Vətən müharibəsində igidlik və mərdlik göstərərək 04.10.2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

Qəhrəman şəhidimiz əsgər İbrahim Mahmudov noyabrın 23-də dünyaya gəlib.

İbrahim Ağagül oğlu Mahmudov 23.11.1998-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində anadan olub. Könüllü olaraq Vətən müharibəsinə qatılan İbrahim igidlik və mərdlik göstərərək 11.10.2020-ci ildə Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Bu gün qəhrəman şəhidlik zirvəsində olan igidlərimizdən biri olan əsgər Rəcəb Məmmədovun doğum günüdür.

Rəcəb Yolçu oğlu Məmmədov 23.11.1996-cı ildə Ağdaş rayonu, Orta Ləki kəndində anadan olub. 2015-ci ildə Azərbaycan Kooperasiya Universitetinə daxil olan Rəcəb 2019-cu ildə ali məktəbi bitirib, magistr təhsili almaq üçün qardaş Türkiyəyə gedib. Orada bir il oxuduqdan sonra təhsilini yarımçıq qoyaraq Bakıya qayıdıb və Vətənə borcunu ödəmək üçün hərbi xidmətə yollanıb. Rəcəb Vətən müharibəsində igidlik və mərdlik göstərərək 07.11.2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

Bu gün qəhrəman şəhidimiz əsgər Rza Məmmədovun doğum günüdür.

Rza Əskər oğlu Məmmədov  23.11.2001-ci ildə Şamaxı rayonu, Göylər kəndində anadan olub. Rza Vətən müharibəsində igidlik və mərdlik göstərərək 28.09.2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Noyabrın 23-də doğulan igir şəhidlərimizdən biri də Məmməd Bayramovdur.

Məmməd Arif oğlu Bayramov 23.11.2000-ci ildə Xaçmaz şəhərində anadan olub. Məmməd Vətən müharibəsində igidlik və mərdlik göstərərək 16.10.2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə "Azərbaycan Bayrağı" ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və " Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Bu gün qəhrəman şəhidimiz əsgər Elmar Daşdəmirovun doğum günüdür.

Elmar Seymur oğlu Daşdəmirov 23.11.2001-ci ildə Salyan rayonu, Qarabağlı kəndində anadan olub. Elmar Vətən müharibəsində igidlik və mərdlik göstərərək 18.10.2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Məkanınız cənnət olsun!

QAZİLER.AZ

Diaspora