Vətənə 3 övladı əmanət qalan şəhid baş gizirin doğum günüdür

Vətənə 3 övladı əmanət qalan şəhid baş gizirin doğum günüdür backend

Bu gün Vətən müharibəsi şəhidi, baş gizir Çoban Nurmətovun doğum günüdür.

Nurmətov Çoban Razaddin oğlu 23.11.1984-cü ildə Qusar rayonu, Cibir kəndində anadan olub. Çoban Vətən müharibəsində igidlik və mərdlik göstərərək 23.10.2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhidimiz ailəli idi. İlahə, Fatimə və İmam adlı övladları Vətənə əmanətdir.

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə ölümündən sonra “Vətən uğrunda”, 2-ci dərəcəli "Qüsursuz xidmətə görə", “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Məkanı cənnət olsun!

QAZİLER.AZ

Diaspora