"Üçüncü savaş beləcə qaçılmazdır, zəruridir və sülh müqaviləsini də özüylə gətirəcək, Qarabağdakı terrorçu varlığını bitirəcək".
Qaziler.az bildirir ki, bunu politoloq Əziz Əlibəyli bildirib.
"6 rayonumuz atəşə tutulur:
1. Həm Qarabağda, həm sərhəddə
2. Şuşa atəşə tutulur - Sülhməramlılar tamaşa edir
3. Kəlbəcər atəşə tutulur - Ermənistan tərəfdən
4. Xocavənd və Xocalı atəşə tutulur - Qarabağdakı separatçılar tərəfindən.
5. Füzuli atəşə tutulur - məlumdur.
Azərbaycanda indi nə etməlidirsə, onu da edəcək.
Laçın yolunu bağlayacaq
Bu dəfə genişmiqyaslı antiterror əməliyyatı həyata keçirəcək
Elə keçirilən terrorçular mühakimə ediləcək
Artsakhbank əməliyyatları blok ediləcək
Qaldı İrəvana...
Bu baş verənlərin hamısı sabah Putinin İrəvana səfərinə görə hazırlanmış ssenaridir.
KTMT isə artıq Ermənistanın üzv olduğu kollektiv təhlükəsizlik təşkilatı deyil, Azərbaycanın dostlarının düşərgəsidir.
Üçüncü savaş beləcə qaçılmazdır, zəruridir və sülh müqaviləsini də özüylə gətirəcək, Qarabağdakı terrorçu varlığını bitirəcək.
Ona görə hazırda Putin Əliyevə zəng edib.
İsrail prezidenti Əliyevə zəng edib.
İran səfiri Qafanla bağlı konkret planları (Zəngəzur dəhlizini bağlamaq) olduğunu açıqladı.
İran, Hindistan və Fransa maliyyəti yüz milyonlarla ölçülən silahlar ötürür.
Və sona Qondarma "DQR" TŞ-nin katibi Vitali Balasanyanin bəyanatını əlavə edirəm:
“Artsax Respublikası”nın silahlı qüvvələri buraxılmayacaq. Əksinə, ordunun müasir şəraitə uyğunlaşdırılması üçün struktur dəyişiklikləri edilib. “Artsax Respublikası”nın heç bir dövlət orqanı buraxılması ilə bağlı təkliflər səsləndirməyib. “Artsax Respublikası”nın hərbi-siyasi hakimiyyətinin vahid nöqteyi-nəzəri ondan ibarətdir ki, “Artsax”ın silahlı qüvvələri nəyin bahasına olursa olsun qorunub saxlanılsın, müasir insan və texniki vasitələrlə təmin olunsun və silahlı qüvvələrin döyüş tapşırıqlarını yerinə yetirməsi təmin edilsin”" - deyə politoloq bildirib.
QAZİLER.AZ