Beynəlxalq ictimaiyyət mina problemini görməzdən gəlməməlidir - Türkiyə Humanitar Yardım Vəqfi

Beynəlxalq ictimaiyyət mina problemini görməzdən gəlməməlidir -  Türkiyə Humanitar Yardım Vəqfi backend

Ötən ilin mart ayının sonunda Azərbaycan Respublikasının Minatəmizləməsi Agentliyinin (ANAMA) təşkil etdiyi proqramda iştirakda etdik. O zaman gördüyümüz Ağdam ilə bu gün gördüyümüz Ağdam çox fərqlidir.

Bunu  Trend-ə özəl açıqlamasında Türkiyənin İnsan Hüquqları, Azadlıqları və Humanitar Yardım Vəqfinin əməkdaşı Mehmet Altıntaş deyib.

O qeyd edib ki, Qarabağda bərpa-quruculuq işləri çox sürətlə inkişaf edir.

"Biz də öz növbəmizdə Qarabağa töhfə vermək istədiyimiz zaman ilk olaraq ANAMA ilə əməkdaşlığı seçdik. Mina çox ciddi problemdir və bundan zərar görən vətəndaşlar olur. ANAMA ilə olan əməkdaşlığımız çərçivəsində qazilərimizi və mülki vətəndaşları protezlərlə təmin edirik. Bunu gələcək dövrlərdə də inkişaf etdirəcəyik", - deyə o əlavə edib.

M.Altıntaş ərazilərin minalardan təmizlənməsinin çox səbr və vəsait tələb edən bir iş olduğunu qeyd edib.

"Beynəlxalq ictimaiyyət mina problemini görməzdən gəlməməlidir. Bir minanın partlaması bir uşağın gələcəyinin yox olması deməkdir. Biz dünya standartlarını üzərində protezlər düzəldirik və bunu maliyyəti 3-10 min avro arasında dəyişir. Bu günədək iyirmi azərbaycanlı bu protezlərlə təmin edilib. Biz həm Qarabağın inkişafında, həm də azərbaycanlı qardaşlarımıza dəstək olmaq üçün bu əməkdaşlığa başladıq.

Gələcək illərdə Qarabağ və Azərbaycan üçün yalnızca protez sahəsində yox, Qarabağın bərpa-quruculuq işlərində, inkişafında da yer almaq istyəyirik. Ümid edirik ki, gələcək zamanlarda buna nail olarıq", - deyə o vurğulayıb.

Xatırladaq ki, 1 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Minatəmizləməsi Agentliyi (ANAMA) və Türkiyə Humanitar Yardım Vəqfi arasında Anlaşma Memorandumu imzalanıb.

Məqalədə:

Diaspora