Müharibə başlanandan bir gün sonra şəhid olan Araz Məmmədovun doğum günüdür

Müharibə başlanandan bir gün sonra şəhid olan Araz Məmmədovun doğum günüdür backend

Bu gün Vətən müharibəsi şəhidi Araz Məmmədovun doğum günüdür.

Araz Telman oğlu Məmmədov 18 noyabr 1980-ci ildə Şəmkir şəhərində doğulub.

2001-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Naxçıvan Muxtar Respublikasındakı “N” saylı hərbi hissəsində xidmət edib.

27 yanvar 2003-cü ildə “N” saylı hərbi hissədə MAXE hərbi qulluqçu kimi çalışıb.

6 mart 2014-cü ildə xidmətini Müdafiə Nazirliyinin “N”saylı hərbi hissəsində 4-cü taborun minaatan batareyasının 2-ci tağımın 2-ci minaatan manqasında sürücü kimi davam etdirib.

Hərbi xidmətdə olduğu dövrdə bir sıra təltiflərə layiq görülmüşdür. O, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən “Qüsursuz xidmətə görə” II dərəcəli medalı, “Qüsursuz xidmətə görə” III dərəcəli medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı ilə təltif olunub.

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildikdən sonra o, xidmət etdiyi hərbi hissənin tərkibində Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib.

Bir gün sonra, sentyabrın 28-də Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub.

11 dekabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Araz  Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur.

Ailəli idi, 2 övladı yadigar qalıb. Ailəsi Gəncə şəhərində yaşayır.

Bütün şəhidlərimizin məkanı cənnət olsun!

QAZİLER.AZ

Diaspora