Döyüşə gətirdiyi bayrağı Şuşada dalğalanan şəhidimiz - VİDEO

Döyüşə gətirdiyi bayrağı Şuşada dalğalanan şəhidimiz -  VİDEO backend

Vətən müharibəsi başlayandan Zəfər Gününə qədər ən qaynar nöqtələrdə vuruşdu. Əhd etmişdi ki, Şuşaya bayraq sancacaq. Döyüşə gedəndə özü ilə bayraq da aparıb ki, arzusunu həyata keçirsin. Söhbət şanlı zəfərimizdə payı olan qəhrəman oğullardan biri Pəhli Qəribovdan gedir.

Evin tək oğlu olan Pəhli döyüşlərə könüllü olaraq qatılıb. Düşmənin bir sıra canlı qüvvəsi və texnikasının məhv edilməsində əvəzsiz xidmətləri olub, ağır döyüş tapşırıqlarını yerinə yetirib. Pəhli sonuncu dəfə ailəsi ilə danışanda tezliklə Şuşada Azərbaycan bayrağının dalğalanacağını deyib. Noyabrın 8-i Şuşanın işğaldan azad edilməsindən bir neçə saat sonra o, Daşaltı kəndi istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Döyüş yoldaşları onun arzusunu həyata keçirmək üçün məhz Pəhlinin gətirdiyi bayrağı Şuşaya asaraq dalğalandırıblar.

Ölümün gözünə dik baxan Pəhli Vətənə bir əmanət də qoyub. İndi Qəribovlar ailəsində şəhidimizin yadigarı olan qız övladı böyüyür. Qeyd edək ki, şəhid Pəhli Qəribov ölümündən sonra bir sıra medallarla təltif olunub.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

loading...
Diaspora