Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndinin ermənilər tərəfindən işğalının 23-cü ildönümü münasibəti ilə Şəhidlər xiyabanı ziyarət olunub.
APA-nın xəbərinə görə, ziyarətçilər arasında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvləri, millət vəkilləri, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, ictimaiyyət nümayəndələri olub.“Əbədi Məşəl” Kompleksi önünə əklil qoyulub, şəhidlərin ruhuna dualar oxunub.