2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Trend Vətən müharibəsinin xronikasını təqdim edir.
- Prezident İlham Əliyev Türkiyənin Xarici İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
- Müdafiə Nazirliyi cəbhədə noyabrın 1-nə olan son vəziyyəti açıqlayıb. Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb. Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub.
- Düşmən Tərtər və Ağcabədi rayonlarının ərazisini atəşə tutub.
- Düşmənin döyüş sursatı yüklənən hərbi yük maşınları məhv edilməsinin videogörüntüsü yayılıb. Düşmənin iki ədəd "Qrad"ı məhv edilib.
- Düşmənin iki artilleriya batareyası məhv edilməsinin videogörüntüsü yayılıb.
- Düşmənin canlı qüvvəsinin məhv edilməsinin videogörüntüsü yayılıb.
- Düşmənin hərbi avtomobil korteji məhv edilməsinin videogörüntüsü yayılıb.