Son bir həftədə aşkarlanan minaların sayı açıqlandı - FOTO

Son bir həftədə aşkarlanan minaların sayı açıqlandı - FOTO backend

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 146 mina aşkarlayıb.

ANAMA-dan verilən məlumata görə, oktyabrın 24-dən 29-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 49, tank əleyhinə 97 mina və 398 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 350 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

loading...
Diaspora