Bərdənin Qarayusifli kəndinin raketlə atəşə tutulmasından iki il keçir - FOTO

Bərdənin Qarayusifli kəndinin raketlə atəşə tutulmasından iki il keçir -  FOTO backend

Bu gün Bərdənin Qarayusifli kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmasından iki il keçir.

Ermənistan beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalardan istifadə etməklə Qarayusifliyə zərbələr endirib.

Nəticədə aralarında uşaq və qadınlar da olmaqla beş dinc sakin həlak olub, 14 mülki şəxs yaralanıb.

Qeyd edək ki, 44 günlük müharibədə Azərbaycan Ordusu dinc sakinlərin qisasını döyüş meydanında alıb.

 

loading...
Diaspora