“Elə istəyərdim ki, Şükür indi yanımda olsun” - Şəhid Milli Qəhrəmanın xanımı

“Elə istəyərdim ki, Şükür indi yanımda olsun” -  Şəhid Milli Qəhrəmanın xanımı backend

Bir neçə gün əvvəl məlum olub ki, oktyabrın 21-27-də Ermənistan hökumətinin dəvəti ilə ATƏT bu ölkəyə “ehtiyacların qiymətləndirilməsi missiyası”nı göndərəcək. Press-relizdə qeyd olunduğu kimi, beynəlxalq ekspertlərdən və ATƏT Katibliyinin nümayəndələrindən ibarət texniki qrup Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşən ərazilərə səfər edəcək.

Bu “missiyanın” göndərilməsi xəbəri, demək olar ki, qəfildən ortaya çıxdı, bundan əvvəl ATƏT çərçivəsində bu məsələ ilə bağlı hər hansı müzakirələrin aparıldığına dair heç bir məlumat yox idi, bundan əlavə, Azərbaycan məlumatlandırlmamışdı.

Azərbaycan Xarici İşlər Nazirliyinin oktyabrın 20-də verdiyi bəyanatda kifayət qədər məntiqli şəkildə qeyd edildiyi kimi, belə bir missiya məsələsi ATƏT-in hər hansı bir kollektiv qərarverici orqanı tərəfindən heç zaman müzakirə olunmayıb və nəticədə bu barədə heç bir qərar qəbul edilməyib.

Bununla da, “ATƏT-in Ermənistana ehtiyacların qiymətləndirilməsi missiyası” adlandırılan hər hansı bir qrup ATƏT mandatına malik deyil, ATƏT-lə heç bir şəkildə əlaqələndirilə bilməz, onun heç bir nəticəsi və ya hesabatı ATƏT sənədi kimi qəbul edilməyəcək.

Həm də belə bir “missiya”nın Ermənistana göndərilməsinin məqsədəuyğunluğu da sual doğurur. Oktyabrın 6-da keçirilən Praqa görüşünün nəticəsi olaraq artıq Azərbaycanla sərhədin Ermənistan tərəfinə Aİ-nin mülki missiyasının göndərilməsi ilə bağlı razılıq əldə olunub. O zaman təşkilatlardan birinin missiyasının məqsəd və vəzifələri barədə məlumat olmadığı halda iki xarici təşkilatın missiyasını göndərməyin nə mənası var?

ATƏT 30 il ərzində Ermənistanla Azərbaycan arasında münaqişənin həllində “iştirak etmiş” təşkilat olmaqla, sadəcə regionlarda münaqişələri uzatmağa çalışan bir təsisat kimi özünü bir daha təsdiq edir. Qarabağ münaqişəsində ATƏT Minsk Qrupunun vasitəçilik missiyasının uğursuzluğu ucbatından baş vermiş ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan və Ermənistan yavaş da olsa, inamlı addımlarla münasibətlərin normallaşması yolunda irəliləyirlər. Amma indi ATƏT yenidən Ermənistanın birtərəfli təşəbbüsünə qoşulur ki, bu da sülh prosesinin gedişinə mənfi təsir göstərməyə bilməz.

Amerikalı ekspert Piter Teys Trend-ə bildirib ki, ATƏT-in bu addımları prezident Emmanuel Makronun bir neçə gün əvvəl etdiyi təhrikedici açıqlamalarından sonra baş verir.

"Fransa Xarici İşlər Nazirliyi ilə ATƏT rəhbərliyi arasında, şübhəsiz ki, əlaqə kanalları var və elə görünür ki, bu təşkilat yaradıldığı vaxt müəyyən edilən prinsiplərinə əməl etmir. ATƏT-in fəaliyyətini, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verməyən manevrlərini görmək ürəkbulandırıcıdır”, - deyə o bildirib.

Onun sözlərinə görə, Qarabağ münaqişəsi sona çatdığı üçün əslində ATƏT-in Azərbaycanla Ermənistan arasındakı münasibətlərlə bağlı fəaliyyəti 2020-ci ildə dayandırılmalı idi.

"ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsinin həllində ən pis resurs idi. ATƏT nəticəsiz gedən danışıqlar prosesinə və ikitərəfli münasibətlərin normallaşmasına katalizator yox, maneə olduğuna görə Azərbaycan xalqından üzr istəməlidir. Avropa İttifaqının Ermənistanda mövcudluğunu genişləndirdiyi bir vaxtda, avropalı vergi ödəyicilərinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı kimi faydasız qurumun fəaliyyətini maliyyələşdirməsinə ehtiyac yoxdur”, - deyə P.Teys yekunlaşdırıb.

Bu kontekstdə onu da vurğulamaq lazımdır ki, ATƏT, eləcə də UNESCO-nun özü Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə heç vaxt qiymətləndirmə missiyası göndərməyib.

Bundan əlavə, ATƏT-in missiyaları indi Ermənistanla olduğu kimi heç vaxt belə rahatlıqla göndərilmirdi. Belə ki, hələ ATƏT Minsk Qrupunun Qarabağ münaqişəsində vasitəçi hesab edildiyi bir vaxtda regiona qiymətləndirmə missiyasının göndərilməsi üçün müraciət etmək böyük əmək tələb edirdi. Bu, Ermənistan tərəfinin müqaviməti ilə müşayiət olunan uzun proses idi. Azərbaycan avropa qiymətləndiricilərinin işğal olunmuş ərazilərə səfərinə nail ola bilmirdi. Sonuncu dəfə ikinci Qarabağ müharibəsindən bir qədər əvvəl Ermənistan razılıq vermədiyi üçün təşkilat missiyadan imtina etmişdi. Prinsipcə, bu, böyük itki deyildi, çünki əvvəlki missiyalar elə ATƏT vasitəçiliyinin otuz illik tarixi kimi heç bir nəticə verməmişdi.

Beləliklə, ATƏT sədrliyi və katibliyinin bu cür birtərəfli hərəkətləri tərəflərin razılığını, vasitəçilərin qərəzsizliyini və dövlətlərin öhdəliklərinə hörmət tələb edən hər hansı məsuliyyətli və etibarlı vasitəçiliyin yaradılmasının əsas prinsiplərinə ziddir. Təəssüf ki, ATƏT kimi beynəlxalq təşkilat Azərbaycanla Ermənistan arasında münaqişədən sonra münasibətlərin normallaşmasına mane olmaq yolu ilə getməyə qərar verib.

Diaspora