Ağdam rayonunun Quzanlı qəsəbəsində “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin layihəsi əsasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə konsert-görüş keçirilib.
Qaziler.az xəbər verir ki, konsert-görüş yeniyetmə və gənclər arasında Vətən müharibəsi qələbəsinin təbliğinə həsr olunmuş “Vətən əmanəti” adlı layihə əsasında həyata keçirilib.
Rayon İcra Hakimiyyətinin əməkdaşları, qazilər, veteranlar, yeniyetmə və gənclərin iştirak etdiyi tədbirdə “Qarabağ Qaziləri” İctimai Birlyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu, Ağdam Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili Şöbəsinin müdiri, Vətən müharibəsi iştirakçısı Samir Məmmədov, hərbi ekspert Səxavət Məmmədli çıxış ediblər.
Yüksək vətənpərvərlik duyğuları və coşqu ilə keçən konsert Şəmistan Əlizamanlının ifasında hərbi marşlarla başa çatıb.
Xatırladaq ki, tədbir Ağdam rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilib.