Füzuli necə azad olundu? - Hərbçilərimiz həmin günləri belə xatırlayır

Füzuli necə azad olundu? -  Hərbçilərimiz həmin günləri belə xatırlayır backend

Füzuli şəhərinin işğaldan azad edilməsinin ildönümüdür.

Trend xəbər verir ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri erməni işğalından azad edilib.

Döyüşlər başlayandan oktyabrın 17-dək Füzuli rayonun bir neçə kəndi uğurlu əməliyyatlarla işğaldan azad olunmuşdu.

Füzuli şəhərinin işğaldan azad edilməsi xəbərini isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 17-də xalqa müraciətində çatdırıb.

Prezident müraciətində həmin gün Füzuli şəhəri ilə yanaşı, Füzuli rayonunun Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı və Dədəli kəndlərinin də işğalından azad olunduğunu elan edib.

Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb.

Füzuli əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.

 

Azərbaycan Respublikasında “Füzulinin azad olunmasına görə” medalı təsis olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

Trend TV-nin çəkiliş qrupu 17 oktyabr 2020-ci ildə işğaldan azad edilmiş Füzuli şəhərində olub və bu şəhərin azad edilməsində iştirak edən hərbçilərimizin fikirlərini öyrənib.

Videoreportajı təqdim edirik:

Diaspora