Xankəndidə azərbaycanlıların məzarlarını yük maşını ilə dağıdanlar haqda daha təfərrüatlı məlumat yayılıb.
Axar.az xəbər verir ki, Teleqram kanallarında məzarlığın Xankəndi yaxınlığında, rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasındadır, koordinatları: 39°48'39.03"N, 46°44'3.25".
Qəbirləri dağıdan yük maşınının nömrəsi AM 35-XA-843-dür.
Məzarlığın dağıdılması videosunu Artur adlı erməni yayıb (ayrıca təqdim edilir). Artur qəbirləri həm də təhqir edib.
Qəbirləri təhqid edənlər 35-MQ-907 nömrəli UAZ-da olublar. Onlardan birinin adı Serqodur. Yük maşınının qəbirləri dağıtması üçün yön verən də Serqodur.



