Son ad gününü Şuşada qeyd edən şəhid Asəf Ağayev - VİDEO

Son ad gününü Şuşada qeyd edən şəhid Asəf Ağayev -  VİDEO backend

44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə qazanaraq, Azərbaycan xalqına qələbə sevinci yaşadan şəhidlərimizdən biri də Qax rayonunda doğulub boya-başa çatan Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Asəf Ağayevdir. 

Şuşanın azadlığına qovuşması yaddaşlarımızda Asəfin videoları ilə qalmışdı. O, məğrur duruşu ilə bütün xalqın qəlbində taxt qurmuşdu. Torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına döyüşən Asəf Zəfər paradında da iştirak edib. 

Noyabrın 24-də isə Şuşada doğum günün qeyd edib.

“27 sonuncu yaşı oldu. Hətta orada bir söz işlədib. Tarixlərə düşəsi ad günü keçirirəm deyib”, - deyə şəhidin anası Gülnarə Ağayeva qeyd edib. 

İndi şəhidimizin ata ocağının hər guşəsindən sanki ailənin yeganə oğul övladı, bir bacının tək qardaşı olan Asəfin xatirələri boylanır. Tək Ağayevlər ailəsi deyil, hər kəs onun dörd divar arasına sığmayan qəhrəmanlığından qürur duyur. 

Qeyd edək ki, Asəf Ağayev iki hərbçi yoldaşı ilə dekabrın 17-də Xocavənddən Laçın istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşərək şəhidlik zirvəsinə ucalıb.

Ölümündən sonra “Azərbaycan bayrağı” ordeni və daha 9 medalla təltif olunub.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Diaspora