Son bir həftədə daha 201 mina aşkarlanıb

Son bir həftədə daha 201 mina aşkarlanıb backend

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

Qaziler.az xəbər verir ki, ANAMA-dan verilən məlumata görə, sentyabrın 12-dən 17-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 58, tank əleyhinə 143 mina və 98 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 563 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Diaspora