Şəhid Xəqan Qurbanov Ağdaşda torpağa tapşırıldı – VİDEO

Şəhid Xəqan Qurbanov Ağdaşda torpağa tapşırıldı –  VİDEO backend

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan müddətdən artıq xidmət edən hərbi qulluqçu, 2002-ci il təvəllüdlü Qurbanov Xəqan Daşqın oğlunun nəşi Ağdaş rayonuna gətirilib. 

 

Şəhid Xəqan Qurbanovla vida mərasimi onun Abad kəndindəki evində keçirilib. Cənazə namazı qılınıb. Ruhuna dualar oxunub. 

 

Mərasimdə şəhidin ailə üzvləri, rayon rəhbərliyi, hərbçilər, qazilər, şəhid valideynləri iştirak ediblər.

 

Şəhidin atası Daşqın Qurbanov bildirib ki, Xəqanın oktyabrda nişanı olacaqdı.

 

Şəhidimiz Abad kənd qəbiristanlığında torpağa tapşırılıb.

 

Daha ətraflı Baku TV-nin süjetində:

loading...
Diaspora