Şəhid Vüsal Məlikov Lerikdə dəfn olunub

Şəhid Vüsal Məlikov Lerikdə dəfn olunub backend

Ermənistanın Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan rayonlarının sərhəd ərazilərində törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçu leytenant Vüsal Bəxtiyar oğlu Məlikovun cənazəsi doğulub boya-başa çatdığı Lerik rayonuna gətirilib.

 

Sakinlər rayonunun girəcəyindən şəhidin doğulduğu Almu kəndinə qədər yolboyu avtomobil karvanını müşaiyyət edib. Vətənpərvərlik şüarları ilə kənd qəbiristanlığına aparıblar.

 

Şəhid V.Məlikov 2000-ci ildə Lerik rayonunun Almu kəndində doğulub. Kənd ümumi orta məktəbinin 9-cu sinifini bitirdikdən sonra C. Naxçıvanski adına hərbi liseyə daxil olub. 2016-cı Ali Hərbi Akademiyaya daxil olub.

 

2020-ci ildə leytenant rütbəsində N saylı hərbi hissədə xidmətə başlayıb.

Şəhidin dəfni ilə əlaqədar keçirilən mərasimdə Millət vəkilləri, rayon rəsmiləri, hərbiçilər, şəhidin doğmaları, ictimaiyyət nümayəndələri, eləcə də şəhid ailələrinin nümayəndələri iştirak ediblər. Şəhidlərimizin ruhuna dualar oxunub. Qeyd olunub ki, şəhidlərimizin qanı yerdə qalmır. Hər bir şəhidimizin qarşılığında düşmən ağır zərbələr alır.

 

44 günlük Vətən Müharibəsində şanlı ordumuz torpaqlarımızı işğaldan azad etdisə, bu gün düşmənin öz ərazilərindəki mövqeləri ordumuzun nəzarətinə keçir.

 

Şəhid Vüsal Məlikovun tabutuna bükülü üçrəngli bayrağımız dəfndən sonra ailə üzvlərinə təhvil verilib. Qeyd edilib ki, şəhidlərimiz hər zaman hörmətlə anılacaq, onların canlarını fəda etdikləri Vətən daha da inkişaf edəcək, güclənəcək!

 

Allah bütün şəhidlərimizin ruhlarını şad etsin, yaralı qazilərimizə şəfa versin!

Diaspora