Vətən müharibəsi iştirakçısı: Hər zaman bir əsgər olaraq dövlətin və Ali Baş Komandanın yanındayıq

Vətən müharibəsi iştirakçısı:  Hər zaman bir əsgər olaraq dövlətin və Ali Baş Komandanın yanındayıq backend

“Vətən övladlarının canı və qanı hesabına qorunur, müqəddəs olur. Bu gün də Azərbaycanımızın mənafeyi naminə hər bir Vətən oğlu canından, qanından keçməyə hazırdır. Təsadüfi deyildir ki, bu günlərdə də düşmən təxribatının qarşısını şücaətlə alan ordumuz başımızı uca edir. Lakin çox üzülərək demək istəyirəm ki, düşmən təxribatlarının qarşısını alan qardaşlarımız şəhid olub. Amma onların intiqamını da Azərbaycan ordusu layiqincə alıb və alır. Allahdan şəhid qardaşlarımıza rəhmət diləyir, ailələrinə və yaxınlarına başsağlığı verirəm”.

Bu fikirləri “Qubadlının azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş Qarabağ Qaziləri İctimai Birliyinin Nizami rayon filialının sədr müavini Nicat Cəlilov deyib.

Nicat Cəlilov deyib ki, bu gün Vətən Müharibəsi iştirakçısı kimi Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir əmrinə hazırdır: “Yetər ki, 44 günıük Vətən müharibəsi zamanı yaşanmış şərəfli günlər bir daha mənə qismət olsun. Vətən uğrunda can vermək mənim üçün şərəf olar. Amma təəssüf edirəm ki, bu gün kimlərsə “Azərbaycan Ermənistana təcavüz etdi”, “Tüpürüm dəhlizə” kimi xain açıqlamalar səsləndirirlər. Şübhə yoxdur ki, bunu deyənlər birbaşa Vətənə xəyanət edir. Bu gün sərhədlərimizi gücləndirməli və tarixi torpaqlarımızda bayrağımızı dalğalandırmalıyıq. Bu yolda hər zaman bir əsgər olaraq dövlətin və Ali Baş Komandanın yanındayıq”.

yap.org.az

 

Diaspora