Sabirabad və Şabranda şəhidlər dəfn olunub - FOTO

Sabirabad və Şabranda şəhidlər dəfn olunub -  FOTO backend

Şəhid İsmayıl Budaqlı Sabirabadda dəfn olunub.

Apa-nın Mil-Muğan bürosunun xəbərinə görə, Ermənistanın diversiya qrupu tərəfindən törədilən təxribat nəticəsində şəhid olan müddətdən artıq xidmət edən hərbi qulluqçu 1998-ci il təvəllüdlü Budaqlı İsmayıl Məhərrəm oğlu doğulduğu Sabirabad rayonunun Axtaçı-Muğan kəndində dəfn olunub.

 

Qeyd edək ki, 1994-cü il təvəllüdlü, şəhid Ziyarət Hüseynov Xüsusi Təyinatlı Qüvvələrin sıralarında gizir kimi xidmət edib. O, ailəli idi, 2 yaşlı oğlu var idi.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.

Əlibəy Zeynallı

 

Şəhid Murad Rəsulov Şabranda da dəfn olunub

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 22 yaşlı Murad Rəsulov nəşi Şabran rayonuna gətirilib.

O Şabran şəhərində torpağa tapşırılıb. Dəfn mərasimində onun ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Şabran Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər. Cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub, "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı səsləndirib.

Diaspora