Ermənistan tərəfindən atəşkəsin pozulması nəticəsində şəhid olan Üzeyr Sabir oğlu Əliyev dəfn olunub.
"Report"un məlumatına görə, Gəncənin Qızıl qaya qəsəbəsində şəhid - 1993-cü il təvəllüdlü Üzeyir Sabir oğlu Əliyevlə vida mərasimi keçirilib.
Vida mərasimində şəhidin ailə üzvləri ilə yanaşı ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, rəsmi şəxslər iştirak ediblər.
Daha sonra şəhid Göygöl rayon Şəhidlər Xiyabanında dəfn olunub.
Allah rəhmət eləsin!
