Düşmən təxribatı nəticəsində şəhid olan Azər Mustafa oğlu Məmmədov dəfn olunub.
“Report” xəbər verir ki, Qazax rayon Kəmərli kənd sakini, 1993-cü il təvəllüd, Azər Mustafa oğlu Məmmədovla Qazax rayon Kəmərli kəndində, ailəsinin yaşadığı evin önündə vida mərasimi keçirilib.
Vida mərasimində şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, Qazax sakinləri və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.
Vida mərasimindən sonra şəhid Kəmərli kəndinin Şəhidlər xiyabanında dəfn olunub.



