MN: “Azərbaycan Ordusunun Rusiya hərbi texnikasına atəş açması yalandır” - YENİLƏNİB

MN: “Azərbaycan Ordusunun Rusiya hərbi texnikasına atəş açması yalandır” -  YENİLƏNİB backend

“Ermənistan tərəfinin Azərbaycan Ordusunun bölmələrinin guya Gegarkunik vilayətində yerləşən Rusiya Silahlı Qüvvələrinin hərbi obyektinə və avtomobil texnikasına atəş açması ilə bağlı yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir”.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 

Qeyd edilib ki, bu cür məlumatı yaymaqla Ermənistan tərəfi Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatlara beynəlxalq don geyindirmək və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını öz çirkin əməllərinə alət etmək məqsədi güdür:

“Bir daha bildiririk ki, Azərbaycan Ordusu genişmiqyaslı təxribatların qarşısını almaq məqsədilə yalnız Ermənistan silahlı qüvvələrinin legitim hərbi hədəflərinə qarşı cavab tədbirləri görür”.

14:48

Azərbaycanla sərhəddə törətdiyi təxribatın ağır nəticələrini yaşayan Ermənistan indi də informasiya sahəsində destruktiv fəaliyyətlə məşğuldur.

“Caliber”in məlumatına görə, Ermənistan mətbuatında guya Azərbaycan ordusunun Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) dislokasiya məntəqəsini atəşə tutması ilə bağlı həqiqətə uyğun olmayan xəbərlər dərc edilib.

Azərbaycan tərəfi isə bunu miskin vəziyyətdə olan Paşinyan rejiminin Moskvanı öz sərhəd avantürasına cəlb etmək cəhdi kimi qiymətləndirir.

İstisna edilmir ki, itirəcək heç nəyi qalmayan İrəvan özü müxtəlif təxribatlar törədir və dezinformasiya yayır.

Diaspora