Vətən müharibəsi şəhidimizin doğum günüdür - FOTO

Vətən müharibəsi şəhidimizin doğum günüdür - FOTO backend

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Tərlan Məmmədovun doğum günüdür. 

O, 1996-ci il, avqustun 31-də Sumqayıt şəhərində anadan olub.
T.Məmmədov 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin əvvəlcə Gəncə şəhərində, sonra isə Gədəbəy rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Tərlan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Tərlan Məmmədov oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub. Abşeron rayonunun Saray qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. (oxu.az)

 

loading...
Diaspora