Şuşaya sentyabr ayı üzrə bütün biletlər SATILIB

Şuşaya sentyabr ayı üzrə bütün biletlər  SATILIB backend

Şuşa şəhərinə təşkil olunan müntəzəm avtobus reyslərinə sentyabr ayına olan biletlərin hamısı satılıb. 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şuşa, Ağdam və Füzuli şəhərlərinə təşkil edilmiş müntəzəm avtobus reyslərinə biletlərin satışı 29 avqust 2022-ci il saat 15:00-da aktivləşdirilmişdi. Artıq Şuşa şəhərinə sentyabr ayı üzrə bütün biletlər satılıb. 

Digər istiqamətlərə səfər üçün biletlərin satışı davam edir. 

loading...
Diaspora