Rusiya sülhməramlıları Laçın dəhlizinə alternativ yola yerləşdirildi

Rusiya sülhməramlıları Laçın dəhlizinə alternativ yola yerləşdirildi backend

Rusiya sülhməramlı qüvvələri Laçın dəhlizinə alternativ inşa olunan Gorus-Xankəndi yolunun 4,7 kilometrlik hissəsinə yerləşdirilib. 

Qaziler.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, Laçın dəhlizindən çıxan Rusiya sülhməramlıları yeni yola yerləşdirilib. Hazırda onlar ərazidə monitorinq aparırlar.

Xatırladaq ki, Qarabağdakı ermənilər indiyə kimi Ermənistanla Laçın şəhərindən keçən dəhliz vasitəsilə əlaqə saxlayırdılar. Bu səbəbdən Laçın dəhlizi Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində idi. Laçın dəhlizi boyunca yerləşən Laçın şəhəri, Zabux və Sus kəndlərində ermənilər qanunsuz məskunlaşma həyata keçirmişdilər.  

Laçın dəhlizi 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, ötən həftədən etibarən Azərbaycan tərəfinin nəzarətinə keçib. Nəticədə Laçın şəhəri, Zabux və Sus kəndlərində məskunlaşan ermənilər həmin yerləri tərk etmək məcburiyyətində qalıblar.

Modern.az

Diaspora