Laçında daha bir erməni evini yandırdı - VİDEO

Laçında daha bir erməni evini yandırdı -  VİDEO backend

Laçının Zabux kəndini tərk edən daha bir erməni evini yandırıb.  

Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Kadrlarda ərazidə qanunsuz məskunlaşan erməninin qaldığı evə od vurması əks olunub. 

Qeyd edək ki, oxşar hadisələr ermənilərin hələ 2020-ci ildə azad olunmuş əraziləri tərk edərkən də baş vermişdi.

Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış ermənilərin çıxarılması üçün avqustun sonu - sentyabrın əvvəlinədək vaxt verilib. Son günlər sosial şəbəkələrdə bu ərazilərdəki ermənilərin evləri və meşələri yandırması ilə bağlı görüntülər yayılıb.

Diaspora