"Laçından çıxan ermənilərin hansı istiqamətə gedəcəyi hələ dəqiq deyil. Hökumət hələ də onlarla bağlı qərar qəbul etməyib. Onların Ermənistana köçürüləcəyi bəlli deyil".
Bu barədə Laçın şəhərində yaşayan ermənilərin qondarma “meri” Narek Aleksanyan bildirib.
Laçın şəhəri və Zabux kəndində evlərin yandırılmasından söz açan Aleksanyan vurğulayıb ki, təhlükəsizlik problemləri var və sakinlərin evləri yandırmamasına üstünlük verilir.
"Evləri yandırsaq, bizə pul verməyəcəklər. Biz eyni zamanda mədəniyyət abidələrini də şəhərdən aparırıq. Artıq kilsənin üzərindəki xaçları götürmüşük".
Xatırladaq ki, Laçında qanunsuz məskunlaşmış ermənilərə Azərbaycan ərazilərini tərk etmələri üçün avqustun 25-dək vaxt verilib. (modern.az)