Laçın şəhərində, Zabux və Sus kəndlərində işğal dövründə Ermənistanın törətdiyi hərbi cinayətin - qanunsuz məskunlaşdırmanın nəticələrinin aradan qaldırılması bu yerlərin həqiqi sahiblərinin yenidən doğma yurda qayıtmasına imkan yaradır.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən Qaziler.az-a bildirilib ki, Laçın rayon Zabux kənd sakini Əliyev Allahverdi Əşrəf oğlu doğma yurdlarının işğaldan azad olunmasına görə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib. O qeyd edib ki, Zabuxa qayıtdıqdan sonra qurub-yaradacaq, əvvəlkindən də yaxşı yaşayacaqlar.
Dövlət Komitəsinin hazırladığı videoçarxlarda onlar bununla bağlı fikir və duyğularını bölüşür, tarixən Azərbaycana məxsus olan həmin torpaqlarda əvvəllər ermənilərin yaşamadıqlarını bildirirlər.