Son 3 gündə ordumuzun nəzarətinə keçən yüksəkliklər – XƏRİTƏ

Son 3 gündə ordumuzun nəzarətinə keçən yüksəkliklər –  XƏRİTƏ backend

Avqustun 3-də Ordumuzun “Qisas” əməliyyatı ilə nəzarətinə götürdüyü Qırxqız, Sarıbaba və digər yüksəkliklərə ötən gün Kəlbəcərin şərqindəki Buzdux yüksəkliyi də əlavə olunub.

Qaziler.az Yenipress.az-a istinadən xəbər verir ki, Buzdux yüksəkliyinin (2374 metr) Ordumuzun nəzarətinə keçməsi ilə olduqca böyük hərbi-strateji mövqe əldə edilib.

Beləliklə, Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlılarının nəzarəti altında olan hissəsində silahlı-terrorçu ermənilərin bütün fəaliyyətini həm nəzarətdə saxlamaq, həm də istənilən an onları dərhal məhv etmək üçün ərazinin qərb hissəsində bütün strateji yüksəkliklərə Ordumuz sahiblənib.

Bir müddət əvvəl Fərrux yüksəkliyinin də Ordumuzun nəzarətinə keçdiyini yada salsaq, separatçı-terrorçu qüvvələrin faktiki olaraq mühasirəyə düşdüyünü görə bilərik (Xəritədə aydın görünür – red.).

Qeyd edək ki, Sarıbaba yüksəkliyi kimi, Buzdux yüksəkliyini də Rusiya sülhməramlı kontingenti nəzarət altına almağa çalışmış, hətta orda post qurmaq istəmişdilər. Lakin ərazinin rus sülhməramlı kontingentinin məsuliyyət zonasına heç bir aidiyyəti olmadığı əsas gətirilərək, buna imkan verilmirdi.

Xatırladaq ki, məhz Buzdux yüksəkliyi istiqamətində ötən gün hərbçimiz Babək Əliyev minaya düşərək, şəhid olmuşdu.

loading...
Diaspora