Ordumuzun həyata keçirdiyi “Qisas” əməliyyatı nəticəsində ölən və yaralanan qanunsuz erməni silahlılarının sayı qismən açıqlanıb.
Qaziler.az Axar.az-a istinadla xəbər verir ki, erməni mediası 2 erməni silahlısının öldüyünü, 14-nün isə yaralandığını rəsmi mənbələrə istinadla təsdiqləyib. Yaralılardan biri ağır vəziyyətdədir, digərləri orta-ağır kimi qiymətləndirilir.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi məhv edilən qanunsuz silahlı dəstə üzvlərinin sayını açıqlamasa da, onların ermənilərin etiraf etdiyi rəqəmdən çox olduğu şübhəsizdir.
Yalnız MN-in yaydığı görüntülər əsasında qanunsuz erməni silahlılarının itkisini təxmin etmək münkündür.
Xatırladaq ki, Azərbaycan MN əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyinin dağıdıldığı, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirildiyi, nəticədə qanunsuz erməni silahlılarının canlı qüvvəsinin məhv edildiyi və yaralandığı, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatının məhv edildiyini açıqlayıb.