Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp minatəmizləmə əməliyyatları ilə tanış olub.
APA-nın xəbərinə görə, bu barədə diplomat Tvitterdə bildirib.
“Bu mina aşkarlayan it idarəçisi Mariadır. O, Azərbaycanda minatəmizləmə komandasında yeganə qadındır. Tezliklə Britaniya-Azərbaycan əməkdaşlığı nəticəsində Azərbaycanda daha çox qadın minatəmizləmə qrupları olacaq. Onlar bu torpaqlara qayıdan insanların təhlükəsizliyinə mühüm töhfələr verəcək” – deyə Şarp qeyd edib.
